Daşkəsəndə silahlı şəxslər tutuldu
Tarix: 23-01-2021, 09:57
Baxılıb: 5 726
Google+ Paylaş
Tumblr Paylaş

Daşkəsəndə silahlı şəxslər tutuldu

23-01-2021, 09:57

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə,əməliyyat zamanı rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.
Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ