Qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirildi
Tarix: 16-01-2021, 17:20
Baxılıb: 5 621
Google+ Paylaş
Tumblr Paylaş

Qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirildi

16-01-2021, 17:20

Daxili işlər orqanları tərəfidən 3 rayonda qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Digər əməliyyat isə İsmayıllı RPŞ əməkdaşları tərəfindən keçirilib.
Əməliyyat tədbiri nəticəsində Sədiyan kənd sakini O.Baxışovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Hacıqabul RPŞ əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabirabad rayon sakini C.İbadovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ