Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Tarix: 15-01-2021, 10:05
Baxılıb: 4 761
Google+ Paylaş
Tumblr Paylaş

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

15-01-2021, 10:05

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 14-də törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ