Zaqatalada ağır avtoqəza olub: 2 ölü, 1 yaralı var - FOTO
Tarix: 22-06-2019, 09:09
Baxılıb: 2 521
Google+ Paylaş
Tumblr Paylaş

Zaqatalada ağır avtoqəza olub: 2 ölü, 1 yaralı var - FOTO

22-06-2019, 09:09

Zaqatalada baş vermiş ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.
Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2109” markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Minik avtomobilində olan daha bir nəfər - rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ