Azərbaycanda kişini evindən zorla apardılar, döyə-döyə öldürdülər
Tarix: 22-09-2020, 13:17
Baxılıb: 4 481
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda kişini evindən zorla apardılar, döyə-döyə öldürdülər

22-09-2020, 13:17

Azərbaycanda naməlum şəxslər tərəfindən evindən zorla aparılan kişi ölüb.
Hadisə avqust ayında qeydə alınıb.
Belə ki, Yevlax rayon sakini Ceyhun Xəlilov avqustun 23-də evindən zorla aparılıb. O, saxlanıldığı Abşeron rayonu, Xırdalan şəhərində döyülüb.
Daha sonra həmin şəxslər C.Xəlilovun arvadından hədə-qorxu ilə 1 000 manat pul alaraq onu sərbəst buraxıblar.
Bundan 3 həftə sonra C.Xəlilov daxili qanaxma diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Hadisə ilə bağlı Abşeron rayonu, Xırdalan şəhər sakinləri Rasim Ramazanov və Xanlar Balayev polis əməkdaşları tərəfindən tutulub. Onlardan odlu və soyuq silah aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ