Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ
Tarix: 21-09-2020, 13:14
Baxılıb: 4 626
Google+ Paylaş
Tumblr Paylaş

Sabirabad Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ÖLDÜ

21-09-2020, 13:14

Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulmuş uşağın ölməsi müəyyən edilmişdir.
Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ