Oğlunun gözü qarşısında batan məşhur aktrisanın meyiti tapıldı
Tarix: 15-07-2020, 08:30
Baxılıb: 2 539
Google+ Paylaş
Tumblr Paylaş

Oğlunun gözü qarşısında batan məşhur aktrisanın meyiti tapıldı

15-07-2020, 08:30

Cənubi Kaliforniyada göldə tapılan meyitin bir neçə gün öncə itkin düşən məşhur amerikalı aktrisa Naya Riveraya aid olduğu müəyyən edilib.
CNN-in məlumatına görə, bu barədə Ventura əyalətinin şerifi Bill Ayub mətbuat konfransı zamanı xəbər verib.
Onun sözlərinə görə, 33 yaşlı ulduzun cəsədi Piru gölünün şimal-şərqində müəyyən edilib. Cəsədin üzərində zorakı ölüm, yaxud intihar əlamətlərinin olmadığı vurğulanıb.
Şerifin versiyasına görə, Riveranın suda çıxmağa gücü çatmayıb.
33 yaşlı aktrisa iyulun 9-da dörd yaşlı oğlu ilə birlikdə kirayə götürdüyü qayıqda üzməyə gedərkən itkin düşüb. Uşaq qayıqda yatmış halda tapılıb.
“Anam suya tullandı, sonra çıxmadı”, - deyə, uşaq polislərə ifadəsində bildirib.
İki dəfə dünyanın ən seksual qadını adını almış Riveraya “Xor” serialındakı Santana Lopez rolu məşhurluq gətirib. Bundan başqa o, “C.S.I.: Mayami”,  “Məkrli xidmətçi” və “Malibu xilaskarları” seriallarında da çəkilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ