"Azərbaycan Bayrağı" ordenli polis koronadan öldü
Tarix: 7-07-2020, 16:02
Baxılıb: 4 977
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycan Bayrağı" ordenli polis koronadan öldü

7-07-2020, 16:02

Laçın rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.
Avromedia.az Report-a istinadən xəbər verir ki, mərhum ötən gün koronavirusa yoluxduğuna görə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, Alıyev Zöhrab İbrahim oğlu 1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713-saylı batalyonunda hərbi xidmətə başlayıb. Laçın rayonunun işğaldan azad ediləsi istiqamətində aparılan döyüşlərdə iştirak edib. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanıb, 12 dekabra qədər hərbi hosbitalda müalicə olunub. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli ərazisində davam etdirib. Z.Alıyev döyüşlərdə xüsusi igidlik göstərib. 1993-cü ildə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Z.Alıyev 1994-1999 cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Laçın rayon Polis Şöbəsinin əməkdaşı idi.
Allah rəhmət eləsin!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ