Almaniyada çaya düşən azərbaycanlı xilas edildi
Tarix: 6-07-2020, 23:42
Baxılıb: 1 050
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyada çaya düşən azərbaycanlı xilas edildi

6-07-2020, 23:42

Almaniyada ehtiyatsızlıqdan Reyn çayına düşən Azərbaycan vətəndaşı xilas olunub.
Avromedia.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində qeydə alınıb.
Belə ki, 23 yaşlı Azərbayan vətəndaşı Nicat Əhmədov çayın sahilində qadağan olunmuş hissədə ayaqlarını yumaq istəyən zaman müvazinətini itirib və suya düşərək axına qapılıb.
Boğulmaq təhlükəsi ilə üzləşən gənci çayda kater sürən şəxs sudan çıxarıb.
Hadisə yerinə gələn polis əməkdaşları onun sərxoş olduğunu müəyyən ediblər. Azərbaycan vətəndaşı təhlükəsizlik qaydalarını pozduğuna görə 250 avro məbləğində cərimə edilib.
N.Əhmədov Bonn şəhərindəki qaçqın yataqxanasının sakini olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ