9 yaşlı məktəbli iki avtoşun qurbanı oldu
Tarix: 6-06-2020, 14:58
Baxılıb: 2 917
Google+ Paylaş
Tumblr Paylaş

9 yaşlı məktəbli iki avtoşun qurbanı oldu

6-06-2020, 14:58

Biləsuvarda iki avtoxuliqanın səbəb olduğu qəzada faciəli şəkildə yaralanan 3-cü sinif şagirdinin vəziyyəti ağırdır.
1 iyun tarixində evdən çörək almaq üçün çıxan 9 yaşlı Yusif Muradov iki avtoxuliqanın qəza törədərək aşırdığı işıq dirəyinin altında qalıb. Hadisə nəticəsində məktəblinin kəllə sümüyü dağılıb. Təcili xəstəxanaya qaldırılan uşağın vəziyyəti ağır olduğundan, o, Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Daha sonra özəl klinikalardan birinə yerləşdirilən uşağın tamamilə dağılmış alın sümüyünü plastiklə əvəzləyiblər.
Klinkanın həkimləri hazırda ağır vəziyyətdə reanimasiyada olan məktəblinin sağalacağını bildirib. Lakin bunun üçün külli miqdarda pula ehtiyac var.
Ailə bildirib ki, xəstəyə gün ərzində vurulan iynə, dərman, müalicələrə 1300 manat pul tələb olunur. Ailənin isə artıq bu vəsaiti qarşılayacaq imkanı qalmayıb. Həmçinin sonradan məktəblini gözləyən əməliyyatlar üçün də pul tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Ailə övladının sağalması üçün yardım istəyir.
Ailə xeyirxah insanlardan bu bank hesabına vəsait köçürməklə, yardım göstərməyi xahiş edib.
Hesab nömrəsi: Kapital Bank 4169 7413 7363 6206. Muradova Zülfiyyə Tehran qızı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ