Polis maskasız gənci DƏYƏNƏKLƏDİ
Tarix: 6-06-2020, 08:24
Baxılıb: 3 027
Google+ Paylaş
Tumblr Paylaş

Polis maskasız gənci DƏYƏNƏKLƏDİ

6-06-2020, 08:24

 Polis küçədə maskasız gəzən gənci dəyənəklə döyüb.
Avromedia.az xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk vilayətinin Maqnitorsk şəhərində baş verib.
 Hüquq mühafizəçisi yerdə oturub və gəncin ayaqlarını tutub. Polisdən qurtulmağa çalışan gənc isə cibində maska olduğunu və taxacağını deyir. Ancaq onun bu sözlərinin faydası olmur.

Bu vaxt başqa bir polis onlara yaxınlaşır və mülki vətəndaşı dəyənəklə döyməyə başlayır. Yoldan keçənlərin hüquq mühafizəçilərinə iradı isə cavabsız qalır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, münaqişədən əvvəl kişi hüquq mühafizəçisini təhqir edib və ona müqavimət göstərib. Buna görə gəncə qarşı hökumət nümayəndələrinə güc tətbiqi maddəsi ilə cinayət işi açılıb.

Həmçinin, mağazaya maskasız daxil olduğu üçün onu cərimə və 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Polisin sözlərinə görə, münaqişəyə polisin gəncə maskasız gəzməsi ilə əlaqədar iradı səbəb olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ