Şirvanda qəza: ölən və yaralananlar var
Tarix: 30-05-2020, 17:47
Baxılıb: 2 359
Google+ Paylaş
Tumblr Paylaş

Şirvanda qəza: ölən və yaralananlar var

30-05-2020, 17:47

Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə günorta saatlarında şəhərin giriş qapısı yaxınlığında qeydə alınıb.
Belə ki, 10-MZ-256 dövlət qeydiyat nişanlı “Mercedes” markalı mikroavtobus “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Asəf oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmçinin iki nəfər - 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu və 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ