Polis 120 etirazçını saxladı-ETİRAZ
Tarix: 25-05-2020, 08:07
Baxılıb: 1 176
Google+ Paylaş
Tumblr Paylaş

Polis 120 etirazçını saxladı-ETİRAZ

25-05-2020, 08:07

Honkonqda Çin Xalq Respublikasının xüsusi inzibati ərazisində Pekin administrasiyasının “Milli təhlükəsizliyin təminatı haqqında” qanun layihəsinə qarşı etirazlar başlayıb.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, qara geyimli yüzlərlə nümayişçi “Kozvey-bey” ticarət rayonunda toplaşıblar. Aksiya iştirakçıları açıq şəkildə hökumət əleyhinə "Honkonqu xilas edin!" və "Honkonqun yanında olun!" - şüarlarını səsləndiriblər.
Polis onlara yürüş təşkil etməyə icazə verməyərək etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Güc strukturunun əməkdaşları 120 aksiyaçını saxlayıblar. Onların arasında məşhur aktivist Tam Takçi də var.
Region hakimiyyəti 4 polis əməkdaşının kərpic zərbələrindən yaralanması haqqında bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ