Pakistan təyyarəsinin qəza anı - VİDEO
Tarix: 23-05-2020, 08:44
Baxılıb: 2 531
Google+ Paylaş
Tumblr Paylaş

Pakistan təyyarəsinin qəza anı - VİDEO

23-05-2020, 08:44

Pakistan Beynəlxalq Hava Yollarına məxsus Eyrbas-320 təyyarəsi Karaçi hava limanı yaxınlığında qəzaya düşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Geo TV yayıb. Təyyarənin Karaçidən Lahora hərəkət etdiyi bildirilib.
Qəzaya düşən təyyarənin göyərtəsində 90 nəfərin olduğu vurğulanıb.
Ölənlərin olduğu qeyd edilir.
***
Karaçi şəhərinin meri verdiyi açıqlamasında təyyarədə olanların hamısının öldüyünü bildirib.
***
Qəzaya uğrayan təyyarədə 91 sərnişin və 7 heyət üzvü olub.
Pakistan Mülki Aviasiya Təşkilatı nümayəndəsinin sözlərinə görə, qəza nəticəsində ən azı 2 nəfər sağ qalıb.
***
Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan bildirib ki, təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində 5 ev dağılıb və bir neçə avtomobil yararsız hala düşüb.
***
Pakistanın hakimiyyət orqanları Kəraçi aeroportu yaxınlığında baş vermiş təyyarə qəzasını təhqiqi ilə məşğul olacaq xüsusi komissiya yaradıb.
Pakistan Aviasiyasının komandoru Məhəmməd Osman Qaninin rəhbərlilik etdiyi komissiyaya dörd nəfər daxildir.
Komissiya yubanmadan Aviasiya Nazirliyinin məruzəsini təqdim edəcək, daha əhatəli məruzə isə bir ay müddətində hazırlanacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ