Məşhur aktrisanın ailəsində faciə: Övladını itirdi - FOTO
Tarix: 13-05-2020, 08:43
Baxılıb: 3 241
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur aktrisanın ailəsində faciə: Övladını itirdi - FOTO

13-05-2020, 08:43

Məşhur britaniyalı aktrisa Kara Keoq ikinci dəfə ana olduqdan altı gün sonra Makkoy adını verdiyi övladını itirib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, Keoq koronavirus təhlükəsi ilə əlaqədar övladını evdə dünyaya gətirmək qərarı verib. Ona bu işdə təcrübəli mama-ginekoloq kömək edib. Lakin çiyin distopiyası ilə bağlı çətinləşmiş doğuş baş verib. Tibb işçisi məsələnin ciddiliyini anlayaraq, dərhal təcili tibbi yardım xidmətinə zəng edib. Həkimlər doqquz dəqiqədən sonra gəlsələr də, Keoq artıq uşağı dünyaya gətirmiş olub.
“Mən uşağın oğlan olduğunu anladım, ancaq sonra onun qışqırıb ağlamadığını dərk etdim”, - deyə, aktrisa həmin dəhşətli anları xatırlayarkən bildirib.
Səhiyyə işçiləri uşağı həyata qaytarmaq üçün dərhal tibbi müdaxilələrə başlayıblar.
Ancaq altı gündən sonra yeni doğulan körpə beyin zədələnməsi ilə əlaqədar həyatını itirib.
Yaşadığı kədərli hadisəni sosial media hesabından paylaşan Kara Keoq yaxın günlərdə itirdiyi atasını anaraq, “Atacan, oğluma yaxşı bax. İndi cənnətdə bir baba olaraq vəzifələrin var”, - deyə yazıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ