İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü - TƏFƏRRÜAT - VİDEO
Tarix: 11-05-2020, 21:17
Baxılıb: 3 047
Google+ Paylaş
Tumblr Paylaş

İsmayıllıda nənə və babasını amansızlıqla öldürdü, qadının ağzındakı qızıl dişi də götürdü - TƏFƏRRÜAT - VİDEO

11-05-2020, 21:17

İsmayıllı sakini pula görə babasını və nənəsi vəhşicəsinə qətlə yetirib. O, qardaşını da öldürmək istəyib. Qardaşının qaçdığını gördükdə isə onun evini yandırıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs bakıda tutularaq istintaqa təhvil verilib.
Nəvə babasını və nənəsini vəhşicəsinə qətlə yetirib..
Hadisə İsmayıllı rayonunun Bizlan kəndində baş verib. Kənd sakini, 38 yaşlı Vüsal Qədirov babasının evinə pul üçün gedib. Pul ala bilmədikdə isə aralarında münaqişə olub. Bu zaman babası, 82 yaşlı Zakir Tapdıqov və nənəsi 66 yaşlı Zərinə Məmmədovanın əl-qolunu bağlayaraq onları armaturla döyüb və öldürüb.
Qətlə yetirilən yaşlı nənə və babanın oğlu Alim Tapdıqov deyir ki, onun valideynlərini ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov daha sonra qardaşının evinə gedərək onu da öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.
İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Vüsal Qədirov Bakıda tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırması aparılır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ