Bakıda əsgər intiharı ilə bağlı rəsmi açıqlama
Tarix: 8-05-2020, 12:29
Baxılıb: 1 903
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda əsgər intiharı ilə bağlı rəsmi açıqlama

8-05-2020, 12:29

Azərbaycan Hərbi Prokurorluğu Penitensiar Xidmətdə əsgərin ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ