Bu evdə öz-özünə çıxan yanğın insanları dəhşətə gətirir
Tarix: 8-05-2020, 08:00
Baxılıb: 2 929
Google+ Paylaş
Tumblr Paylaş

Bu evdə öz-özünə çıxan yanğın insanları dəhşətə gətirir

8-05-2020, 08:00

Türkiyənin Konya şəhərində yaşayış evində qəfil çıxan yanğınlar ev sahiblərini qorxuya salıb.
“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 65 yaşlı Xədicə Aslan və 23 yaşlı qızı Duha Aslan evlərindəki əşyaların öz-özünə yandığını iddia edirlər.
“15-20 gündür evimizdə yanğınlar çıxır. Qəfildən döşəklər, yorğanlar, yastıqlar alışmağa başlayır. Qızımın əynindəki paltarlar yanır. Nə edəcəyimizi bilmirik. Bizə bir çarə tapın”, - deyə H.Aslan bildirib.
Əlacsız vəziyyətdə qaldıqlarını deyən qadın artıq geyinməyə paltar, istifadə etməyə əşya tapmadıqlarını, qorxsalar da, gedəcəkləri yer olmadığını bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ