Şok: “Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı
Tarix: 8-05-2020, 08:33
Baxılıb: 3 229
Google+ Paylaş
Tumblr Paylaş

Şok: “Günəşli”dəki neftçilərin meyiti 4,5 ildən sonra tapıldı

8-05-2020, 08:33

2015-ci il dekabrın 4-də “Günəşli” yatağında baş vermiş faciədə itkin düşənlərdən ikisinin meyiti 4 il 5 ay sonra platformanın özülündə tapılıb.
Avromedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, tapılanların hər ikisi tanınılası haldadır.
Meyitlərin çürüməməsi və tanınır halda olması isə təəccübə səbəb olub.
İddiaya görə, meyiti tapılan neftçilərdən biri Əyyub Xəlil oğlu Əliyev (42 yaş) və Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovdur (61 yaş).
Hər iki meyitin 170 metr dərinlikdə tapıldığı bildirilir. Qeyd edilib ki, meyitlər özülə ilişərək qalıb.
Xəbər rəsmi olaraq hələ yayılmayıb.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.
Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ