Bakıda su xətti partladı, yol çökdü
Tarix: 23-03-2020, 12:26
Baxılıb: 1 964
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda su xətti partladı, yol çökdü

23-03-2020, 12:26

Bakının Səbail rayonu ərazisindən keçən su xətti partlayıb.
Hadisə nəticəsində yol çöküb. 
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılı Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidən keçən su xəttində problem olub:
“Hadisə Səbail rayonunda - Elçin Əzizov küçəsində qeydə alınıb. “Jurnalistlər binası”nın yaxınlığındakı ərazidə su xəttində sızma baş verib. Nəticədə, yolun kiçik hissəsində çökmə müşahidə edilib.
Hazırda “Azərsu”nun ərazi üzrə briqadası əraziyə cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Təxminən bir saat ərzində Elçin Əzizov küçəsinin içməli su ilə təminatı bərpa ediləcək”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ