Rusiyada güclü yanğın oldu, ölənlər var
Tarix: 16-03-2020, 09:24
Baxılıb: 2 526
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada güclü yanğın oldu, ölənlər var

16-03-2020, 09:24

Rusiyada güclü yanğın hadisəsi baş verib.
“Report”un məlumatına görə, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində, Orconikidze küçəsindəki ikiotaqlı evdə qeydə alınıb. 
"Bu səhər İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində baş verən yanğında dördü uşaq olmaqla, yeddi nəfər həlak olub", - nazirlikdə deyiblər.
Qeyd edilir ki, hadisə zamanı ölənlər 1998-ci il təvəllüdlü kişi, 1997 və 1993-cü il təvəllüdlü iki qadın, həmçinin dörd uşaqdır. Onların hamısı dəm qazından zəhərlənib.
İlkin məlumata görə, hadisəyə qısqapanma səbəb olub. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ