Bakı-Quba yolunda ağır qəza, xəsarət alanlar var - VİDEO
Tarix: 12-03-2020, 10:46
Baxılıb: 2 564
Google+ Paylaş
Tumblr Paylaş

Bakı-Quba yolunda ağır qəza, xəsarət alanlar var - VİDEO

12-03-2020, 10:46

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşınının təkəri partlayıb və 1974-cü il təvəllüdlü Sənan Həsənoğlunun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin gücündən “Ford” markalı avtomobil aşıb. Qəzada S. Həsənoğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ