İki nazir və vitse-prezidentdə virus tapıldı – İRANDA
Tarix: 12-03-2020, 09:51
Baxılıb: 2 523
Google+ Paylaş
Tumblr Paylaş

İki nazir və vitse-prezidentdə virus tapıldı – İRANDA

12-03-2020, 09:51

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri, eləcə də iki nazir koronavirus infeksiyasına yoluxub.
GunAz.az xəbər verir ki, bu ölümcül virusa yoluxmuş iranlı məmurların siyahısını dərc edən “Fars” agentliyi bununla bağlı məlumat yayıb.
Söhbət Turizm, Mədəni irs və Sənətkarlıq naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rza Rəhmanidən gedir. Siyahıda, həmçinin İran rəhbəri və ali lider administrasiyasının üzvü Məhəmməd Cavad İrəvaninin də adı yer alıb.
Bundan əlavə, İran parlamentinin indiki və ya seçilmiş səkkiz millət vəkilinin adları da siyahıda dərc olunub. Onlardan ikisi – seçilmiş millət vəkili Fatimə Rəhbər və Məclisin hazırkı üzvü Məhəmməd Əli Ramazani xəstəlikdən ölüb./APA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ