Lerikdə torpaq sürüşdü, ev uçdu: 1ölü, 2 yaralı
Tarix: 7-03-2020, 12:48
Baxılıb: 1 218
Google+ Paylaş
Tumblr Paylaş

Lerikdə torpaq sürüşdü, ev uçdu: 1ölü, 2 yaralı

7-03-2020, 12:48

Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.

Hadisə rayonun Çayrud kəndində baş verib.

 

Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.A. Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri bu gün Lerikə ezam olunub. Bu barədə APA-ya açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

.İ.İbrahimova deyib ki, Lerik rayonunun Çayrud kəndində baş verən torpaq sürüşməsi ilə əlaqədar nazirliyinin mütəxəssisləri bu rayona ezam ediliblər.

 

Qeyd edək ki, bu gün Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi olub, Arif Əlirzayevə məxsus ev dağılıb. Nəticədə A. Əlirzayev ölüb, ailənin iki üzvü yaralanıb.(Apa.az)

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ