Şirvanda dəhşətli faciə...
Tarix: 7-03-2020, 10:21
Baxılıb: 1 358
Google+ Paylaş
Tumblr Paylaş

Şirvanda dəhşətli faciə...

7-03-2020, 10:21

Şirvan şəhərində yeni doğulmuş körpə ölüb.


Avromedia.az xəbər verir ki, hadisə ötən gün Şirvan şəhər Mərkəzi Xəstəxanasında baş verib.


1998-ci il təvəllüdlü Şirvan şəhər sakini Gültən Kərimli fevralın 6-sı doğum sancıları şikayəti ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.


Doğum evində qadına "doğuşun birinci dövrü, baş gəlişi ilk hamiləlik" diaqnozu qoyulub. Həmin gün saat 23:30 radələrində 3 kq 700 qr çəkidə qız uşağı ölü doğulub.


Hadisə ilə bağlı Şirvan doğum evinin mama-ginekoloqu Nəcəfova İlahə Əsgər qızının izahatı alınıb. O izahatında doğum zamanı göbək ciyəsinin uşağın boynuna dolanmış vəziyyətdə olması səbəbindən ölü doğulduğunu bildirib.


Yeni doğulmuş körpənin meyiti daxili və xarici müayinəyə göndərilib.


Faktla bağlı araşdırma başlanılıb.



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ