Sabirabadda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdı
Tarix: 27-01-2020, 22:31
Baxılıb: 566
Google+ Paylaş
Tumblr Paylaş

Sabirabadda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdı

27-01-2020, 22:31

Sabirabadda gənc qadın özünü asaraq intihar edib.
APA-nın məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.
Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. 
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ