Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb
Tarix: 27-01-2020, 08:54
Baxılıb: 1 164
Google+ Paylaş
Tumblr Paylaş

Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb

27-01-2020, 08:54

Braziliyanın cənubundakı daşqın qurbanlarının sayı artıq 57 nəfərə çatıb.
Avromedia.az bildirir ki, 19 nəfər itkin düşüb. Bölgənin 99 şəhərində davam edən yağış təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.
Braziliyanın Minas-Jerays və Espiritu-Santu ştatlarında şiddətli yağışlar səbəbi ilə yaranan daşqınlar qurbanların sayı 53-ə yüksəlib.
 SDN nəşri ölümlərin 44-nün Minas-Jerays, 9-nun isə Espiritu-Santu ştatında baş verdiyini bildirib.
Məlumatda 19 nəfərin itkin düşdüyü bildirilir. Bölgənin 99 şəhərində davam edən yağışların davam etməsi təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.
Aleqre şəhərinin meriyası suyun yığılması səbəbiylə bəndin məhv olma təhlükəsi olduğunu açıqlayıb və vətəndaşları təhlükəsiz ərazilərə daşınmağa çağırıb. Ümumilikdə bölgədəki 20 mindən çox insan daşqın, torpaq sürüşməsi və sel daşqınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Braziliya Milli Meteoroloji Xidmətinin məlumatına görə, 24 yanvarda Minas-Jerays ştatının mərkəzi Belu-Oriontiyə son 110 ili üzrə rekord miqdarda yağıntı düşüb - 171.8 millimetr.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ