Bakı məktəbində qızları oğurlayan qadın peyda olub - RƏSMİ AÇIQLAMA
Tarix: 24-01-2020, 09:40
Baxılıb: 2 530
Google+ Paylaş
Tumblr Paylaş

Bakı məktəbində qızları oğurlayan qadın peyda olub - RƏSMİ AÇIQLAMA

24-01-2020, 09:40

Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.
Avromedia.az xəbər verir ki, bununla bağlı iki valideynin “Whatsapp” sosial şəbəkəsində səsi yayılıb.
İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülüb.
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.
P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ