Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
Tarix: 23-01-2020, 08:28
Baxılıb: 3 258
Google+ Paylaş
Tumblr Paylaş

Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO

23-01-2020, 08:28

Balıq ovuna çıxan 16 yaşlı indoneziyalı Məhəmməd İdul möcüzə nəticəsində diri qalıb.
“Faktı” xəbər verir ki, dənizdə olarkən gözlənilmədən sudan tullanan sarqan balığı oğlanın boynunu və kəlləsinin arxasını deşib.
Nəticədə M.İdul qayıqdan suya yıxılıb və boynuna ilişmiş balıqla sahilədək üzə bilib.
Oğlanı Baubau şəhərinin xəstəxanasına çatdırıblar. Lakin buradakı həkimlər balığı oğlanın boynundan çıxarmağa qorxublar.
Sulavesi adasına nəql edilən M.İdulu Makasar şəhərinin xəstəxanasında əməliyyat ediblər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ