Vətənin SUYUNDANDIR, hər OĞULU QƏHRƏMANDIR
Tarix: 4-12-2020, 22:52
Baxılıb: 3 201
Google+ Paylaş
Tumblr Paylaş

Vətənin SUYUNDANDIR, hər OĞULU QƏHRƏMANDIR

4-12-2020, 22:52

İkinci Qarabağ Savaşı başlayan gündən, Vətən uğrunda başlayan müqəddəs müharibənin ilk günündən ön cəbhə kimi elə arxa cəbhə də, qaynar nöqtələrdən idi.
Ali Baş Komandanımızın  qəti hücum, müharibə əmrindən sonra necə Şanlı Ordumuz yüksək döyüş əhval ruhiyuəsi ilə, əzmkarlıqla döyüşürdülərsə arxa cəbhə də, eyni cəbhədəki kimi döyüş ruhu savaş əzmi hökm sürürdü. Ölkəmiz boyu hamı bir nəfər kimi sıx birləşərək yumruq olmuş hər kəs əlindən gələnin artığlnı edərək qələbə arzusu ilə çalışırdı. Bütün dövlət qurumları ilə bərabər Azərsu kollektivi də səfərbər olmuş bütün ölkə boyu hər yerdə gücləndirilmiş iş rejimində gecə gündüz yorulmadan çalışmaqdaydı. Əhaliyə göstərilən xidmət səviyyəsi birə beş artırılmış, qayğıkeşlik, doğmalıq, birlik, həmrəylik Azərsunun  bütün idarələrinin birinci vəzifəsinə çevrilmişdi. Vətən müharibəsinin ilk həftəsində artıq Azərsunun əzmkar, zəhmətkeş, yorulmaz kollektivi müzəffər ordumuzun zəfərlərindən, ardı ardına işğaldan azad edilən müqəddəs torpaqlarımızın görüntülərindən sevinir, idarələrin xüsusi otaqlarından asılmış xəritələrdə hər gün azad olunan yerlərə baxıb kövrək hisslərlə Ali Baş Komandanımıza və Şanlı Ordumuza dualar edirdi.Vətən Müharibəsinin ilk həftəsindən bir birinə doğma əziz olan Azərsu kollektivinin bir çox üzvləri Vətən uğrunda döyüşə yollandı bizim  Sabunçu Su Kanal İdarəsinin qürur duyduğu Fariz Əmrahovun, Şəhriyar Hasillinin, Yusif Həsənovun sorağı artıq müharibənin ən qaynar nöqtələrindən gəlirdi. Şəhidimiz də var idi doğma kollektivimizin üç üzvü Vətən uğrunda müqəddəs zirvəyə, şəhidlik mərtəbəsinə ucalmışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərsunun su kimi pak oğulları bu gün də Şanlı Ordumuzun sıralarındadılar. Ali Baş Komandanımızn könüllüləri ordudan tərxis etmə açıqlamasından bir neçə gün keçsə də könüllü igidlərimiz hətta qazimiz belə hələ də Ordu sıralarında israrla qalmaqda davam edir.Qarabağ Azərbaycandır! bu şüar bizi dəmir yumruğa çevirdi. Bu yumruq ilan kimi torpaqlarımıza soxulan düşmənimizin başını əzdi.
Ali Baş Komandanımızın dediyi kimi biz Qarabağa qayıtdıq, biz qisasımızı aldıq, Biz Qələbə qazandıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!



скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ