Şuşa zəfərinin qəhrəmanı- O gecə baş verənlərdən danışdı
Tarix: 3-12-2020, 16:29
Baxılıb: 5 531
Google+ Paylaş
Tumblr Paylaş

Şuşa zəfərinin qəhrəmanı- O gecə baş verənlərdən danışdı

3-12-2020, 16:29

Xüsusi təyinatlı dəstələrdə xidmət edən vətənimizin cəngavər oğulları Ali Baş Komandanımızın rəhbərliyi altında döyüş tapşırıqlarını uğurla yerinə yetirərək müharibəni qələbəylə başa vuraraq Şuşa kimi alınmaz qalamızı mənfur düşməndən azad etdilər. Bununla Müzəffər Ordumuz xalqımıza sonsuz sevinc bəxş etdi. Kəşfiyyatçılarımızın hər biri isə bir cəngavərdir. Dünya xalqları da Azərbaycan xalqının həmrəyliyinə, möhtəşəmliyinə, cəsurluğuna heyran qaldı. Bu günlərdə Şuşadan qalib olaraq sağ-salamat Bakıya qayıdan əsgər və zabitlərimizi xalqımız sonsuz məhəbbətlə qarşıladılar. 30 il işğalda qalan Qarabağı görməyən yeniyetmə oğullarımız Qarabağı və digər işğalda inləyən torpaqlarımızı kişi qeyrətiylə azad etdilər.
 Bu töhməti üzərimizdən götürdülər. Səhidlərimizin qisasını aldılar. Bu qələbəni bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə, generallarımıza, əsgər və zabitlərimizə borcluyuq. Yaralı əsgər və zabitlərimizə Allahdan şəfa diləyirik… 
Bu gün Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçmiş 21 yaşlı bir igidimiz haqqında söhbət açmaq istəyirik. Hansı ki hər bir əsgərimiz bir filmin qəhrəman obrazıdır. O qəhrəmanlardan biri də İlkin Rufan oğlu Allahverdiyevdir. İlkin 2000-ci ildə Naxçıvanın Şərur rayonunun Tənənəm kəndində vətənpərvər bir ailədə anadan olub. Atası Rufan Allahverdiyev 2-ci qrup Qarabağ əlili, əmisi Bilman Allahverdiyev və Mərdan Allahverdiyev Qarabağ qaziləridir. Babası el obanın sayılıb seçilən, qan yatızdıran çörəkli kişilərindən olub. Bir bacısı, bir qardaşı olan İlkin orta məktəbi bitirdikdən sonra Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə hərbi xidmətini başa vurduqdan sonra ərizə yazaraq hərbi hissədə "MAXE" olaraq qulluq edib. 
Əvvəl quru qoşunlarda xidmət edən İlkin Allahverdiyev xüsusi təyinatlılarla birlikdə xidmət keçib. "MAXE" - müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu, hərbi xidmət keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyəti deməkdir. 
Sentyabrın 27-dən Prezidentimizin həmrəylik çağırışına ilk qoşulan və könüllü olaraq ön cəbhəyə gedənlərdən biri də İlkin olmuşdur. Vətənimizin qeyrətli oğulları ilə birlikdə ilkin Rufan oğlu da döyüşə atıldı. Füzulidə düşmənin zirehli istehkamlarını, texnikalarını darmadağın edən ordumuz sürətlə irəliləməyə başladılar. Məğlubedilməz erməni mifi igid ordumuz tərəfindən alt-üst edildi. İgid cəsur döyüşçülərimiz şir kimi irəliləyərək 44 gün ərzində Füzulini, Cəbrayılı, Zəngilanlı, Hadrutu, Şuşanı, Murov dağını, Suqovşanı və bir çox strateji əhəmiyyətli yüksəklikləri azad etdi. Sarsıdıcı zərbə alan düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. 
İlkin Allahverdiyev bütün bu döyüşlərdə fəal iştirak edib. Onunla noyabrın Şuşadan qayıdanda yol üstü noyabrın 30-da Bakıda görüşdük. Vaxt çox az idi. Qaliblərimiz Şuşadan qayıdaraq əvvəlki mövqelərində xidmətlərini davam etdirmək üçün Naxçıvana yola düşürdülər… Şuşada düşmənlə uz-üzə gələn İlkin Rufan oğlu əlindən və ayağından yüngül yaralanıb. Onunla söhbətimizdə bildirdi ki, "biz 3 gün gecə-gündüz dağlarla və meşələrlə yol gedərək Laçın yoluyla Şuşaya yaxınlaşdıq. Hər bir əsgərin 60-70 kq-dək döyüş sursatı olmasına baxmayaraq bu yolları igid qəhrəmanlarımız layiqincə qət etdilər. Artıq Şuşanın işğaldan azad olunmasına 2-3 gün qalmış biz Laçın yolunda əlverişli mövqe tutaraq bu yola nəzarət edirdik. Sonradan Şuşanın giriş qapısında mövqelərimizi bərkidərək Şuşaya girişi bağlayaraq düşmənlərin burada yerləşən əsgərlərinə silah gətirməsinin qarşısını ala bildik. Düzdür itkilərimiz, yaralılarımız oldu, amma qisas eşqi bizi heç nədən çəkindirmirdi. Mənim atamın Qarabağ müharibəsində sağ əlinin barmaqlarını itirməsi, dayım Hikmətin Şəhid olması məni şəhid olmağa yox, qisas almağa məcbur edirdi. Ermənilər gözləyirdi ki, Azərbaycan ordusu əsas istiqamətdən hücum edəcək. Biz ermənilərin Şuşaya girişini tam məhdudlaşdırmışdıq. Xüsusi təyinatlılarımız, igidlərimiz isə bir neçə sıldırım qayalardan alpinist dəqiqliyi ilə qalxaraq Şuşada əlbəyaxa döyüşlə Şuşamızı işğaldan azad etdilər. Ermənilər vahiməyə düşmüşdü. 100-dən çox erməni əlbəyaxa döyüşdə məhv edildi. Bu qələbələrin qazanılmasında komandirlərimiz Mais Bərxudarovun, Tehran Mənsimovun xidmətləri olduqca böyükdür. Komandirlərimizin əsl sərkərdəlik bacarığı sayəsində xüsusi təyinatlılarımız rəşadət, igidlik göstərərək, az itgi verərək şanlı qələbəmizə nail oldular. Ermənilər döyüşçü dostumuz Malik Canıyevin başına külli miqdarda pul qoymuşdular. Demək olar ki hər dəqiqəsi ölüm olan bu döyşdən çox şükür ki, salamat çıxdəq, Allah şəhid dostlarımıza rəhmət eləsin, biz onların qanını düşməndən alsaq da, çiyin-çiyinə döyüşdüyümüz igidlərimizin itgisi bizə çox təsir etmişdi. Bir neçə dəfə mən ölümdən xilas olmuşam, buna səbəb yaxşı mövqe tutmağım olub. Hər dəfə də atama sağ ol demişəm, çünki dağlarda məni o qədər qaçırtmışdı ki, indi o çəkdiyim əziyyətlər mənim köməyim olurdu. İndi də deyirəm sağ ol ATAM. Gördüyümüz işlər çox olsa da özüm haqda çox danışmaq istəmirəm, amma silahdaşlarım haqda nə qədər desəniz danışaram".
  Xatırladaq ki, həmin döyüşlərdə 24 gün İlkin Allahverdiyevlə ailə üzvləri əlaqə saxlaya bilməyib, ondan bir xəbər ala bilməyiblər. Nəhayət Şuşa alınan gecə, saat 2-də İlkin atasına zəng vuraraq bildirir ki, biz artıq Şuşadayıq. Qızğın döyüşlərin getməsi, telefonunu döyüşdə itirməsi və rabitənin olmaması imkan vermirdi ki, valideynləri ilə əlaqə saxlasın. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra İlkin əmisi Fərmana da zəng edib xoş müjdəni verir. Əmisi biləndə ki, qardaşı oğlu Şuşadadır çox sevinir, gözəl səsə malik müğənni Fərman qardaşımızın telefonda oxuduğu "Şuşanın dağları" mahnısı isə döyüşçü dostları arasında xoş ovqat yaradır.
Qarabağ müharibəsi veteranı əmisi Bilman Allahverdiyevin dediklərindən: "Qardaşım oğlu İlkindən çox nigaran idik. Atasına-anasına zəng vurub deyirdim narahat olmasınlar, sağ-salamatçılıqdır. Özüm döyüş görmüş bir insan kimi ordumuzdan, İlkindən çox narahat idim. İlkinin zəngindən sonra qohumlar hamısı bir-birinə göz aydınlığı verirdilər. Bu günlərdə Şuşanı azad edən xüsusi təyinatlı əsgər və zabitlərimiz geriyə öz xidməti vəzifələrini davam etdirmək üçün Naxçıvana gedərkən yol üstü igid döyüşçülərimizlə görüşdüm, İlkin də döyüşçülərin arasında idi. İlkindən soruşanda ki, əlin niyə sarıqlıdır? Dedi ki, - narahat olma, boş şeydir.
Sonradan məlum oldu ki, əlində və ayağında qəlpələr var. O yaralansa da, qələbə sevincindən bütün ağrılarını unutmuşdu. Yanında şəhid olmuş döyüş dostları Şahin İsmayılovun, Murad Xəlilli və Lətif Əliyevi bir an da unutmur. Neçə igid oğullarımız düşmənə zərbə vururdular - deyən İlkin komandirləri Mahir Qasımovdan, taqım komandiri kapitan Bağırlıdan, əsgər dostlarından, ayağından qəlpə yarası almış Elməddin Dünyamalıyevdən iftixarla, qürurla danışırdı. Noyabrın 30-da QƏHRƏMANLARIMIZI Bakıdan Naxçıvana yola saldıq".
 İlkin onu da bildirdi ki, Naxçıvana çatan kimi ilk dəfə Şəhidlər Xiyabanını ziyarət edəcək. Üzümü şəhid dayımın məzarına tutaraq deyəcəm: - Rahat uyuyun. Ruhunuz şad oldu. Sizin qisasınızı aldıq…
Rauf İLYASOĞLU




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ