7-10-2019, 13:18

Günçıxandan günbatana uzanan
Şəhid qanlı torpağı var, yurdumun...
Göy üzündə al günəşə boylanan ,
Dalğalanan bayrağı var, yurdumun...
Min illərdən qulağıma səs dəyir,
Sanki Babək Səttar Xanı səsləyir,
Düşmənlərin ayağını kəs deyir,
Qan fışqırır solu-sağı , yurdumun...
Qulağımda babaların sözləri,
Mətə xanın , Atillanın izləri,
Neçə ildi haraylayır bizləri,
Savalanı , Ağrıdağı , yurdumun...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ