13-09-2019, 09:52

Sərvər MƏSUM
Dərdimi həmişə sözə demişəm,
Ağrımı-acımı gözə demişəm,
İçimdə nə varsa üzə demişəm,
Onunçun hələ də şax dayanmışam.
Bəzən gözləmişəm açılmayıb dan,
Bəzən lazım olub mənə bircə an,
Bəzən sübhə kimi çalıxlayıb can,
Tutub boğazımdan haqq , dayanmışam.
Bir sözdən ummuşam , qəhərlənmişəm,
Bir udum havadan zəhərlənmişəm,
Qərəm at yerinə yəhərlənmişəm,
Əriyib gözümdə vaxt , dayanmışam.
İzləyib həmişə məni kölgələr,
Qırıb ümidimi çürük bəlkələr,
Düzülüb , qoşulub yeni bəlgələr,
Bir ömür çiynimdə taxt dayanmışam.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ