Anam yuxuma girmir
Tarix: 21-08-2019, 14:57
Baxılıb: 1 622
Google+ Paylaş
Tumblr Paylaş

Anam yuxuma girmir

21-08-2019, 14:57

Xalq şairimiz Nəriman Həsənzadənin imzasiyla  sosial  şəbəkədə bir bənd şeir paylaşmışdılar : 
Anam yuxuma girib .

Anamı yuxuda gormüşəm dünən , 
Yuxuda bir ömür sürmüşəm dünən...
Nəriman Həsənzadə 

Bu şeirdən təsirlənib ustadımın şeirinə bir nəzirə yazdım :

Anam yuxuma girmir

Ürəyim rahat olar, 
Nə vaxt yuxuma girər. 
Qəlbim sevinclə dolar , 
Anam yuxuma girmir 

Qacqın ,köçkün naləsin, 
Eşidib, bilən görmür ? 
Başımı dərd qatandan 
Anam yuxuma girmir.

Bəlkə inciyib küsüb, 
Qərib məzara köçüb,
Qayıtmaz bir yol seçib, 
Anam yuxuma girmir. 

Həsrətəm məzarına, 
Canım qurban canına ,
Raufu al yanına 
Anam yuxuma girmir, 
Anam yuxuma girmir.

                Rauf İLYASOGLU

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ