Milləti sevənlər beləmi olur?
Tarix: 7-12-2020, 08:16
Baxılıb: 5 558
Google+ Paylaş
Tumblr Paylaş

Milləti sevənlər beləmi olur?

7-12-2020, 08:16

Bayraqdan əyninə biri don biçir,
Guya ki, vətənin təsibin cəkir.
Saxta maskalılar  yanımdan keçir,
Dövləti sevənlər  beləmi olur?
Kürsüdən baxanda görmür  məzlumu,
Xalqa qənim olur , edir zulumu ,
Yadına da salmır bir vaxt ölümü .
Milləti sevənlər beləmi olur?
Gəzdir bayrağımı başının üstə,
Gəzdir eyb eləməz sinənin üstə,
Əməlinlə qaldır göylərin üstə,
Qürur duyaq səndən , ey vətən oğlu.
Baxsan görəcəksən uca zirvədən ,
Düşmənlər məhf olar ağır zərbədən ,
Məxmər don yaraşmaz geysə hər bədən,
Şəhid qanı axan bayrağı qoru .
Dövlətin rəmzidir üç rəngli bayraq ,
Sərhəddə qoruyur ,əsgərim oyaq ,
Bayrağı zirvədə , uca saxlayaq .
Bayraq ürəyimin döyünən nəbzi ,
Bayraq dövlətinin qüruru, rəmzi .
Rauf İlyasoğlu,
06 dekabr 2020
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ