SALAM AZƏRBAYCANIM , SALAM
Tarix: 20-04-2019, 11:47
Baxılıb: 68
Google+ Paylaş
Tumblr Paylaş

SALAM AZƏRBAYCANIM , SALAM

20-04-2019, 11:47

Sevdim sənin pərən düşən elini,
Sevdim sənin şirin-şəkər dilini ,
Sevdim sənin Muğanını , Milini ,
Sənsən mənim sevgi qalam,
Salam , Azərbaycanım , salam.
Sənsən bayraq - başda tutam,
Sənsən mənim ömür butam,
Sənsən mənim anam , atam,
Sənsən mənim doğma balam ,
Salam , Azərbaycanım , salam.
Səndən sənə gedər yolum,
Sənsən adım , qanad-qolum,
Hər gün sənə qurban olum,
Hər gün sənin qadan alam,
Salam , Azərbaycanım , salam.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ