Nəsimi
Tarix: 21-05-2019, 23:12
Baxılıb: 544

Nəsimi

21-05-2019, 23:12

Mətanət Duyğulu
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.
İmadəddin Nəsimi.
Ey bu cahana sığmayan, Nəsimi,
İndi adın zərrələrdə yer alır.
Günəş qürub edəndə saralardı,
İndi daha utancından saralır.
Haqqı deyib, haqq yolunda soyuldun,
Baş əymədin nə gədaya nə şaha.
Bu gün isə öz adınla bərabər,
Ucuz alıb, satılırsan çox baha.
Adını yüksəkdə tutaraq xalqım,
Edib ilimizi Nəsimi ili.
Vallah ilimizə küfr eyləyərdi,
Əgər ki, ruhların olsaydı dili.
Dahi Nəsiminin İlham pərisi,
Yaranıb haqq dili, haqqın səsindən.
İndi yoldan ötən mənfəət güdür,
Yazıq Nəsiminin küt, dərisindən.
Daha bu gün sözün bitdiyi yerdir,
Oyanıb haqq səni yadına salsın.
Dur gəl gör adınla nələr edirlər,
Ay yazıq Nəsimi gorun çatlasın.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ