AY MUSA YAQUB
Tarix: 13-05-2019, 16:11
Baxılıb: 57

AY MUSA YAQUB

13-05-2019, 16:11

 Xalqın Şairi Musa Yaqubun doğum günüdür
Nəriman Zeynalzadənin facebook səhifəsində paylaşdığı bu düşündürücü şeir yəqin Musa Yaqubun ürəyicə olardı.
Qarğalar qartalın qanadın taxıb,
Qartallar qanadsız, ay Musa Yaqub.
Dayazlar ad alıb, dərin oldular,
Musa Yaqub adsız, ay Musa Yaqub.
Çaqqallar yedilər qurdun ürəyin,
Söküb dağıtdılar Yurdun ürəyin,
Biri demədi ki, qırdın ürəyin,
Bu Vətən də baxtsız, ay Musa Yaqub.
Hər yolun, cığırın izi səndədir,
Hər yanan ocağın közü səndədir,
Şeriin ürəyi, gözü səndədir,
Sözdən uca taxtsız, ay Musa Yaqub
Od yaxıb yandıran Odlar elindən,
Gəlmişik dünyaya ata belindən,
Verdiyi nəfəsi, canı əlindən,
Tanrı almır vaxtsız, ay Musa Yaqub.
06.04.2019
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ