Səudiyyə ABŞ qüvvələrinə görə vəd edilən məbləğin 500 milyon dollarını ödəyib
Tarix: 17-01-2020, 17:30
Baxılıb: 1 130
Google+ Paylaş
Tumblr Paylaş

Səudiyyə ABŞ qüvvələrinə görə vəd edilən məbləğin 500 milyon dollarını ödəyib

17-01-2020, 17:30

Səudiyyə Ərəbistanı krallığa yeni gələn ABŞ qüvvələrinə görə vəd edilən məbləğin ilk 500 milyon dollarını ödəyib.
Avromedia.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi mənbələri məlumat veriblər.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ötən ay ABŞ-a 500 milyon dollar ödəniş edib. Bu məbləğ krallığa son aylarda göndərilən qüvvələrin xərclərinin qarşılığında ilk ödəniş olaraq həyata keçirlib.
Eyni zamanda Pentaqonun mətbuat katibliyindən CNN-ə bildirilib ki, prezident Donald Trampın ABŞ qüvvələrinin göndərildiyi ölkələrin, xərclərdə şərik olması ilə bağlı göstərişləri həyata keçirilir və artıq Səudiyyə Ərəbistanın Müafiə Nazirliyi də onların bir qismini ödəyib.
Bundan öncə Donald Tramp deyib ki, Səudiyyə Ərəbistanı krallığa yeni göndərilən qüvvələrə görə ABŞ hesablarına 1 milyard dollar yerləşdirib.
Qeyd edək ki, ötən ilin oktyabr ayında yəmənlilərin Səudiyyədə Aramco şirkətini vurmasından sonra ABŞ və ər-Riyad krallığa əlavə qüvvələrin göndərilməsində razılığa gəliblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ