ABŞ-dan Ərdoğanın İncirliyi təhdidinə cavab
Tarix: 20-12-2019, 23:06
Baxılıb: 792
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-dan Ərdoğanın İncirliyi təhdidinə cavab

20-12-2019, 23:06

Pentaqon rəhbəri Mark Esper Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürəcik aviabazalarının bağlana biləcəyi yönündə açıqlamasını bir daha şərh edib.
Avromedia.az xəbər verir ki, Esper bu məsələni anlamaq üçün görüş keçirilməsinin vacibliyini növbəti dəfə gündəmə gətirib.
“Bunun səbəbi nədir və nə qədər ciddi olduqlarını anlamaq üçün görüşməliyəm. Fikrimiz odur ki, onları NATO-ya yaxınlaşdırmağımız lazımdır. Çünki güclü orduları var və uzun illərdir ki, müttəfiqimizdirlər”, - deyə Esper bildirib.
Qeyd edək ki, Ərdoğan ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda İncirlik və Kürəcik aviabazalarının bağlanacağını istisna etməmişdi. Esper isə cavabında türkiyəli həmkarı ilə bu məsələni müzakirə etmək istədiyini bildirmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ