Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb
Tarix: 16-12-2019, 18:15
Baxılıb: 759
Google+ Paylaş
Tumblr Paylaş

Liviyanın daxili işlər naziri sui-qəsdə məruz qalıb

16-12-2019, 18:15

Mərkəzi qərargahları paytaxt Tripolidə yerləşən "Milli Razılıq Hökuməti"nin daxili işlər naziri Fəthi Başağa sui-qəsdə məruz qalıb.
Avromedia.az xəbər verir ki, bu barədə Liviyanın şərqini nəzarətdə saxlayan Xəlif Haftarın Ordusu mənbələri məlumat veriblər.
General Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu"nun (Benqazi şəhəri) mətbuat xidməti elan edib ki, paytaxt Tripolidə "Milli Razılıq Hökuməti"nin daxili işlər naziri Fəthi Başağanı aparan maşın karvanı avtomatlar və pulemyotlardan hücuma məruz qalıb.
İddia edilib ki, daxili işlər naziri yaralanıb.
Lakin paytaxtı nəzarətdə saxlayan "Milli Razılıq Hökuməti" mənbələri bu iddiaya münasibət bildirməyiblər.
Qeyd edək ki, cari ilin aprelindən Liviyada iki siyasi tərəf arasında döyüşlər baş qaldırıb. Liviyanın şərq, şimal-şərq və cənub bölgələrini nəzarətdə saxlayan General Xəlifə Haftarın Ordusu paytaxt və ətraf əyalətləri Beynəlxaq ictimaiyyətin dəstəklədiyi, habelə Türkiyə və Qətərin dəstək verdiyi "Milli Barışıq Hökuməti"ndən geri almağa çalışır.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ