Ukrayna ikili vətəndaşlıq tətbiq etməyi planlaşdırır
Tarix: 16-12-2019, 18:13
Baxılıb: 889
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna ikili vətəndaşlıq tətbiq etməyi planlaşdırır

16-12-2019, 18:13

Ukrayna hökuməti ölkə pasportunu almaq istəyənlərin digər ölkənin vətəndaşlığından imtina edilməsinin tələb edilmədiyinə dair qanun layihəsi hazırlayır.
Avromedia.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk "Avropa Həqiqəti" qəzetinə müsahibəsində bildirib.
"İndi yeni prosedurun necə olacağı müəyyənləşdirilir, amma bəzi şeylər artıq aydındır.
"Vahid vətəndaşlıq" konstitusiya norması davam edəcək: yəni insanlarda başqa bir dövlətin pasportu olmasına baxmayaraq onları yalnız Ukrayna vətəndaşı kimi qəbul etməyə davam edəcəyik. Dəyişiklik ondan ibarət olacaq ki, Ukrayna pasportu almaq üçün başqa ölkənin  vətəndaşlığından çıxmağı  tələb etməyəcəyik", Sokolyuk bildirib.
O qeyd edib ki, qanun layihəsi Ali Radada müzakirə ediləcək.
"Bu mövzuda əlavə layihələrin olacağı mümkündür. Ancaq dəyişikliklərin vektorunu prezident təyin edir. İkili vətəndaşlıq Ukraynaya bir növ immiqrasiya proqramıdır. Biz əhali itiririk, çox sayda iqtisadi miqrant itirdik", o deyib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ