Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir ÖZƏL
Tarix: 16-12-2019, 12:42
Baxılıb: 465
Google+ Paylaş
Tumblr Paylaş

Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir ÖZƏL

16-12-2019, 12:42

 İki aydır aksiyaların və siyasi gərginliyin davam etdiyi Livanda yeni baş nazirin adının açıqlanacağı gözlənilir.
Avromedia.az xəbər verir ki, Livan parlamentinin siyasi cinahlarının bu gün daha bir toplantısı keçiriləcək.
Toplantıda yeni baş nazirin adının açıqlanacağı gözlənilir.
Bir çox ekspertlər, aksiyalara görə istefa vermiş sabiq baş nazir Səd əl-Həririnin yenidən bu posta qayıdacağını təxmin edirlər. Səd əl-Həriri mütəxəssislərdən ibarət teknokrat hökuməti vəd edib.
Xatırladaq ki, oktyabr ayının ortalarından iqtisadi vəziyyətlə bağlı baş qaldırmış etirazlar, bir neçə dəfə toqquşmalarla nəticələnib. Artıq iki gündür Beyrutda aksiyaçılarla polis qüvvələri arasında toqquşma baş verir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ