Çin Aralıq dənizini nəzarətə götürür, ABŞ təhlükəyə düşür - Çıxış yolu Türkiyə
Tarix: 13-12-2019, 12:02
Baxılıb: 493
Google+ Paylaş
Tumblr Paylaş

Çin Aralıq dənizini nəzarətə götürür, ABŞ təhlükəyə düşür - Çıxış yolu Türkiyə

13-12-2019, 12:02

Şərqi Aralıq dənizində Çin, ABŞ və İsrail üçlüyündə mübahisəyə səbəb olan Hayfa limanının kim tərəfindən modernləşdirəcəyi və işlədəcəyi məsələsində rəsmi Pekin qazanıb.
İsrailin "Yerusəlim Post" qəzeti bəyan edib ki, Aralıq dənizinin şərqində yerləşən və starteji əhəmiyyətə malik Hayfa limanının idarə olunması Çinə verilib.
Bununla da ABŞ-ın Aralıq dənizindən cavabdeh olan VI donanmasının istifadə etdiyi Hayfa limanı 2021-ci ildən Çinin nəzarətində olacaq. Əslində Hayfa Çinin Aralıq dənizində əldə etdiyi sonuncu limandır. Pekin buna qədər Yunanıstanın Pire limanını da satın alıb. Ötən ilin martından isə İtaliya ilə digər limanları əldə etmək üçün müzakirələr aparır.
ABŞ Müdafiə Nazirliyi Pekinin nəzarət edəcəyi Hayfa limanının kəşfiyyat məqsədilə istifadə edəcəyindən narahatdır. Vaşinqton bununla bağlı narahatlığını Təl-Əvivə çatdırmışdı və limanın Çinə veriləcəyi təqdirdə VI donanmanın bir daha bu limandan istifadə etməyəcəyi təhdidində bulunmuşdu.
Digər tərəfdən, ABŞ son dövrlər Yunanıstanla hərbi və siyasi əməkdaşlığını artırsa da, Afinanın ən böyük limanı olan Pireni Çinə satılmasının qarşısını ala bilməyib. Hazırda limanın 67 faizini Çinin COSCO şirkəti alıb.
ABŞ-a daha bir şok isə onun NATO müttəfiqi, hərbi bazaları və ittifaqın komanda mərkəzi olan İtaliyadan gəlir. İtaliyada bəzi limanlar mövzusunda Çinlə müzakirələr aparır. Çin İtaliyada 4 limana maraq göstərir.
Əslində Çinin bu həmlələri bölgədəki şərtləri müəyyən qədər dəyişdirə bilər. Məsələ ondadır ki, Vaşinqton administrasiyası son dövrlər Türkiyəyə qarşı ələlxüsus Şərqi Aralıq dənizində Yunanıstan və İsraili dəstəkləyir.
Ancaq Pekinin Yunanıstan və İsraillə əməkdaşlığını gücləndirməsi Vaşinqton üçün Türkiyə və onun limanları yenidən yeganə seçim halına gələ bilər.
Hayfa limanının Pekinin nəzarətinə verilməsi ilə paralel ABŞ-ın VI donanması üçün türk limanları ən təhlükəsizl nöqtə olması ehtimalı getdikcə güclənəcək. Bu vəziyyətdə Vaşinqton regionda apardığı siyasətə yenidən baxmaq məcburiyyətində qalacaq. İndi qəti olmasa da, gələcəkdə Ankaranın Aralıq dənizindəki addımlarına ABŞ-ın dəstək verməsi ehtimalı reallığa çevriləcək.
Avromedia.az
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ