Azərbaycan-İordaniya əlaqələri daha da inkişaf edəcək- Şərh
Tarix: 11-12-2019, 21:18
Baxılıb: 481
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan-İordaniya əlaqələri daha da inkişaf edəcək- Şərh

11-12-2019, 21:18

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının yaxın-uzaq ölkələrlə əməkdaşlığını inkişaf etdirib, respublikamızı regionun əhəmiyyətli və maraq kəsb edən ölkəyə çevirib. Bunu ayrı-ayrı ölkələrin Azərbaycana olan marağından, rəsmi Bakı ilə əlaqələr qurmağa yönəlik fəaliyyətlərdən də aydın hiss etmək olur.
Azərbaycanın uğurlu xarici siyasət kursu ölkəmizin həm Qərb, həm Şərq, həm Avropa, həm də Asiya ilə yüksək səviyyəli əməkdsaşlıq qurmasına imkan yaradıb. Bu gün Azərbaycan dünyanın demək olar ki, əksər ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir, bu əməkdaşlığı hər ötən il daha da genişləndirir. Bu sırada İordaniya Haşimilər Krallığı da mühüm yer alır. Son illərdə bu iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi hər iki tərəf üçün yeni-yeni perspektivlər, əməkdaşlıq üçün yeni-yeni imkanlar açıb. Elə bu günlərdə Azərbaycan Respublikasına rəsmi səfər edən İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin Bakıda keçirdiyi görüşlərdən də bunu aydın görmək mümkündür. Xüsusilə, ali qonağın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşündə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanların olması barədə söylədiyi fikirlər belə nəticəyə gəlməyə əsas verir.  Elə kral Abdullah da görüş zamanı söylədiyi fikirlərlə bunu təsdiqləmiş olub. O, bildirib ki, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini də inkişaf etdirə bilərik.  Öz növbəsində Prezident İlham Əliyev də bildirib ki,  beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır: "Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq".
Siyasi ekspertlər də öz növbəsində İordaniya kralının Azərbaycana səfərini müsbət qiymətləndirir və belə səfərlərin əlaqələrin inkişafına bir qədər də təkan verəcəyini deyirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İordaniya kralının Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməklə yanaşı, ölkəmizin ərəb ölkələri ilə əmədaşlığında mühüm rol oynayır. Onun sözlərinə görə, Ermənistan son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək siyasətini həyata keçirir. Məhz bu siyasət Azərbaycana qarşı yönəlib: "Ermənistan baş naziri Nikol Paşinyan ərəb ölkələrinin liderləri ilə görüşündə Qarabağ münaqişəsinə toxunaraq bunun dini münaqişə olmadığını xüsusi qeyd etməklə, ərəb ölkələrinin Ermənistana siyasi mövqelərinin dəyişməsinə çalışır. Məhz İslam Əmədaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman abidələrinin Ermənistan tərəfindən dağıdılması daima qeyd edilir və ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səsverməsinə nail oluruq. Məhz Nikol Paşinyan çalışır ki, Azərbaycanın bu istiqamətdəki cəbhəsini yarsın və ərəb ölkələrinin Ermənistana siysətində müsbət dəyişikliyə nail olsun. Qətərlə, İordaniya və BƏƏ əməkdaşlığını genişləndirən Ermənistan Azərbaycana qarşı anti-təbliğat siyasətini həyata keçirir. ərəb iş adamları Qarabağda tikinti sektoruna cəlb edilir".
Politoloq deyib ki, artıq, Ermənistan ərəb ölkələri ilə fəal siyasət aparır, ərəb investorlarını Ermənistana cəlb edirlər: "Bundan əlavə, işğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər cəlb edilir. Qeyd edim ki. Ermənistanın ərəb dünyasına açılımı Azərbaycanın indiyə qədər ərəb ölkələrindən aldğı dəstəyi zəiflədə bilər. Rəsmi Bakı körfəz ölkələri ilə sıx əməkdaşlığı artırmalı, İordaniya, Səudiyyə Ərəbistanı, Misirlə əməkdaşlığını yeni mərhələyə gətirməlidir. Qeyd edim ki, İordaniya kralı ikinci Abdullah prezident İlham Əliyevlə şəxsi dostluq əlaqələrinə malikdir. Bu dostluq iki dövlət arasında Ermənistanın avantürasına imkan verməyəcək. Hətta rəsmi Bakı Ərəb ölkələri ilə iki və üç tərəfli siyasi-iqtisadi əməkdaşlıq formatı yaradılması istiqamətində işə başlamalıdr. Xarici İşlər nazirliyi bu istiqamətdə siyasətində fəallıq göstərməlidir".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ