Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir
Tarix: 11-12-2019, 13:35
Baxılıb: 613
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Birliyi Paşinyanın bəyanatını pisləyir

11-12-2019, 13:35

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsini həll edən deyil. Lakin onların problemin həlli ilə bağlı müəyyən mexanizmləri mövcuddur.
Avromedia.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əsas məsələ bu birliyə daxil olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir:
“Bildiyiniz kimi. Avropa Komissiyası yenidən formalaşmaqdadır. Avropa Komissiyası Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri, Ermənistanın Baş naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi “Miatsum” bəyanatını pisləyir”.
Mərkəz sədri söyləyib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çalışır:
“Avropa Komissiyası münaqişənin həllində öz fəal rolunu görmür. Onlar, sadəcə, müəyyən layihələrə dəstək verilə bilər. Əsas odur ki, Avropa Birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ