Qadınlarla bağlı daha bir qadağa ləğv olundu
Tarix: 9-12-2019, 12:58
Baxılıb: 436
Google+ Paylaş
Tumblr Paylaş

Qadınlarla bağlı daha bir qadağa ləğv olundu

9-12-2019, 12:58

Səudiyyə Ərəbistanı Krallığında restoran və kafelərə artıq qadınlarla kişilərin ayrı qapıdan daxil olması tələb edilməyəcək. Avromedia.az xəbər verir ki, hökumətin son qərarına əsasən, qadınlar və kişilər restoranlara eyni qapıdan girə biləcəklər.
Qeyd edək ki, bu günə qədər ölkədə restoranlarda iki ayrı qapı olub. Bu qapılardan biri ailələr və qadınlar, digəri kişilər tərəfindən istifadə olunurdu. Səudiyyə Ərəbistanının bir çox restoran və kafelərində artıq bu qaydanın aradan qaldırıldığı müşahidə edilir.
Xatırladaq ki, bu il Krallıqda qadınlara qoyulmuş bir çox qadağalar ləğv olunub. Bu sırada onlara kişilər olmadan maşın sürməyə və pasport almağa icazə verilməsi də var.
Fəallar isə ölkədə qadınlara qarşı ayrı-seçkilik hallarının hələ də çox olduğunu və bəzi qadın hüquqları müdafiəçilərinin həbs edildiyini söyləyirlər.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ