Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir
Tarix: 7-12-2019, 18:00
Baxılıb: 481
Google+ Paylaş
Tumblr Paylaş

Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

7-12-2019, 18:00

ABŞ dövlət katibi Mayk Pompeo dekabrın 10-da Vaşinqtonda rusiyalı həmkarı Sergey Lavrov ilə görüşmək niyyətindədir. Görüşdə ikitərəfli münasibətlər, silah nəzarəti, Suriya və Ukraynadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.
Avromedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasının nümayəndələrinə istinadən yazıb.
"ABŞ Dövlət Katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, Suriya, Ukrayna, Venesuela və silah nəzarəti kimi iki ölkə arasında fikir ayrılığına səbəb olan mövzuların müzakirə edəcəyi gözlənilir", mənbə deyib.
Sonuncu dəfə Rusiya xarici işlər naziri 2017-ci ildə Vaşinqtona səfər etmiş, ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilmişdi.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ