Husilərin dəstəklədiyi Yəmən hökuməti ABŞ-ın raket yükü ilə bağlı iddiasını təkzib edib
Tarix: 6-12-2019, 18:30
Baxılıb: 1 639
Google+ Paylaş
Tumblr Paylaş

Husilərin dəstəklədiyi Yəmən hökuməti ABŞ-ın raket yükü ilə bağlı iddiasını təkzib edib

6-12-2019, 18:30

"Amerika iddia edir ki, Yəmənə raket yükü gətirən gəminin qarşısını alıb. Bu çirkin yalandır."
Avromedia.az xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Hökumətinin Prezident Administrasiyası rəhbərinin müavini Səlim əl-Mağlis deyib.
O bildirib ki, İrandan Yəmənə raket yükü gətirən gəminin ABŞ və ya Səudiyyə koalisiyası tərəfindən saxlanılması xəbəri tamamilə əsassız və çirkin bir yalandır.
Səlim əl-Mağlis bildirib ki, "ABŞ bu iddia ilə bölgədə hər şeyi nəzarətdə saxladığını iddia edir və sentyabr ayında Aramco-ya endirilən zərbədən üzü ağ çıxmağa çalışır."
Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin İran məsələləri üzrə nümayəndəsi Brayan Huk bir neçə gün öncə iddia edib ki, İrandan husilərə inkişaf etmiş raketlər yükü aparan gəmi saxlanılıb.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ