Avropa dövlətləri Vyanada nüvə sazişi ilə bağlı İranla bir araya gələcəklər
Tarix: 6-12-2019, 17:30
Baxılıb: 1 636
Google+ Paylaş
Tumblr Paylaş

Avropa dövlətləri Vyanada nüvə sazişi ilə bağlı İranla bir araya gələcəklər

6-12-2019, 17:30

Bu gün Vyanada nüvə sazişinin son vəziyyətinin araşdırılması ilə bağlı tərəflər bir araya gələcəklər.
Avromedia.az xəbər verir ki, ekspertlər Vyanada bu gün keçiriləcək toplantıda Avropa dövlətlərinin İrana əlavə təzyiqlər göstərəcəyi barədə təxminlər edirlər.
Məlumata görə Avropa dövlətlərinin, xüsusilə də nüvə sazişinin əsas tərəfləri olan Fransa, Britaniya və Almaniya İrandan nüvə sazişinin şərtlərinə olduğu kimi əməl etməsini tələb edəcəklər.
İran rəsmiləri isə ötən günlərdə olduğu kimi Avropa dövlətlərindən neftin satışı və maliyyə köçürmələri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və ABŞ sanksiyalarının zərərsizləşdirilməsini tələb edəcəklər.
Qeyd edək ki, İran son yarım ildə ABŞ-ın sazişdən çıxması və sanksiyalara başlamasına görə bir neçə dəfə nüvə sazişindəki öhdəliklərini mərhələli şəkildə azaldıb. İran bu addımları sazişin 26-cı bəndinə əsasən atdığını deyir.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ